CəmiyyətDünya

İsrail ordusu İran raketlərini ƏLƏ KEÇİRDİ

Tacxeber.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus “Telegram” kanalında məlumat verilib.

“Son bir saatda İsrailə doğru bir neçə raket atılıb, onların əksəriyyəti ələ keçirilib. Ölkə daxilində hər hansı zərbə ilə bağlı məlumat verilməyib”, – İDF-nin bəyanatında deyilir.

İsrail ordusu daha əvvəl İrandan atılan raketləri aşkarladığını bildirmişdi. Ölkədə hava hücumu xəbərdarlığı elan edilib. İsrail Hərbi Hava Qüvvələri raketləri ələ keçirməyə başlayıb.

İran dövlət televiziyası İran raketlərinin Təl-Əviv, Aşkelon və Hayfadakı hədəfləri vurduğunu bildirib.

Ötən gecə İranın İsrail şəhərlərinə zərbələr endirərkən ballistik və hipersəs raketlərindən istifadə etdiyi bildirilib. Bat Yamdakı hücumdan sonra 35-ə yaxın yerli sakin itkin düşənlər siyahısındadır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp əl-Şaranı belə xarakterizə etdi: Gənc, cazibədar və sərt adam

redaktor

Tramp: “Ukrayna müharibəsini bitirmək üçün başqa taktika seçə bilərəm”

redaktor

Əslində bu deyilənlər Azərbaycana da aiddir – Elxan Şahinoğlu

admin