DünyaSiyasət

İsrail “məhv etdik” demişdi – MAQATE təkzib etdi, vura bilməyiblər

İsrail ordusu İranın Natanz və İsfahan nüvə obyektlərini vurduqlarını açıqlaqlasa da, MAQATE-nin direktoru Qrossi bu iddianı təkzib edərək, Natanzın yeraltı hissəsinin hədəfə alınmadığını bildirib.

Tacxeber.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossinin  İsrail İranın Natanz nüvə obyektinin yeraltı hissəsinə hücumu zamanı zərbə endirə bilmədiyini bəyan edib.

Obyektdəki elektrik infrastrukturunun məhv edildiyini bildirən Qrossi qeyd edib ki,  nüvə obyektlərinə heç bir halda hücum edilməməlidir.

Nüvə obyektlərinin təhlükəsizliyinə təhlükə yaradacaq hər hansı hərbi əməliyyatın İran və region üçün ciddi nəticələri olacağını vurğulayan Qrossi, Natanz Nüvə Müəssisəsi ərazisindən kənarda radioaktivlik səviyyəsinin dəyişmədiyini qeyd edərək, bu hadisənin ictimaiyyətə və ətraf mühitə hər hansı xarici radioloji təsirinin olmadığını qeyd edib.
“Lakin bu təsirlərə görə Natanzdakı obyektlərin daxilində radioloji və kimyəvi çirklənmə var. Müəssisənin daxilində mövcud olan radiasiya növü, xüsusilə də alfa hissəcikləri müvafiq radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər”, – Qrossi bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanın sonu budur, bizi fəlakət gözləyir – Hovhannisyan

redaktor

Tahir Kərimli: Ünvanlı sosial yardımı ləğv edib, uşaqpulu vermək lazımdır

redaktor

Rusiyanın daha 540 hərbçisi, 9 PUA-sı MƏHV EDİLDİ – FOTO

redaktor