26 C
Bakı
21 İyun 2025 21:08
DünyaGündəmSiyasət

İranla bağlı məsələ türk-fars məsələsi deyil – Mete Türksoy

Azərbaycan millətçiləri, həqiqətən, necə küyə, manipulyasiyaya gedən tayfadır. Həştəq başladıblar ki, aman allah dont touch south azerbaijan. Ay qardaş, ay bacı, Təbriz, Ərdəbil, İsfahan və s. faktiki İran şəhərləridir və İran orada, öz rəsmi torpaqlarında normal olaraq öz hərbi bazalarını, HHM sistemlərini, hərbi zavodlarını, hərbi aeroportlarını yerləşdirib. Bunlar da deyir İsrail oranı vurma.

(Yazının ikinci hissəsi solçulara aiddir)
Özü də ən gülməlisi odur deyir, İranı istəmirik amma həm də oraları vurma. Bu elə İranın ortaya atdığı ictimai dəstək almaq üçün dolaylı manipulyasilardır da. Siz irana nifrət edənləri də belə çox usta strategiya ilə öz dəstəkçisinə çevirir.
Və ən əsası Təbriz əhalisi başda olmaqla İrandakı molla rejiminin dayağı elə bizim avam, cahil soydaşlarımızdır. Yazıq farslar bu rejimdən bezib, imdad dilənir, amma bizimkilər bu rejimi ayaqda saxlayan əsas qüvvədir, dini rəhbərindın tut Sepah komandirlərinə qədər türklər üstünlük təşkil edir.
Farslar daha moderndir, oxumuş təhsillidir bunlar isə din bataqlığında boğulanlardır. Dünyəvi dəyərlər, insan haqları uğrunda rejimlə mübarizə aparan bəzi fars aydınlar, mübarizlər: Nəsrin Sotudeh, Məsud Rəcavi, Məryəm Rəcavi (şərhdə haqlarında daha geniş məlumat paylaşmışam)

Qısaca, İranla bağlı məsələ türk-fars məsələsi deyil, dini və sekulyar dövlət məsələsidir.
Solçulara gəlincə deyirlər İsrail mülki əhalini öldürür və s. İran molla rejimi son 40 ildə on minlərlə ona etiraz edən mülki əhalini edam edib, zindanlarda öldürüb, zorlayıb. Beynəlxalq insan haqları təşkilatları və digər mənbələrə görə İranın siyasi və vicdan azadlığı səbəbli examları bunlardır:
*1981-1985: Təxminən 8000-10000 nəfər. (Spenser C. Taker bu dövrdə 8000-9500 nəfərin edam edildiyini təxmin edir.)
* 1988-ci ilin yayın qırğınları: Minlərlə; dəqiq sayı bilinmir, lakin təxminlər 3000 ilə 30.000 arasında dəyişir.
* 2000-2017: Abdorrahman Boroumand Mərkəzinin hesablamalarına görə, ən azı 8200 edam.
* 2023: Amnesty International hesabatına görə 853 nəfər.
* 2024: Ən azı 975 nəfər.

Yetməzmiş kimi Əsəd rejiminə də dəstək olaraq eynisini onun da etməsinə şərait yaradıb. Seydnaya həbsxanasında qadınlara edilən təcavüz, işgəncə hallarını bir daha xatırlayaq.
Suriyadakı cinayətləri bununla da bitmir, İsrail tərəfindən öldürülən Hizbullah komandirlərindən Hüseyn Əli Qandur 2016-cı ildə Dəməşqin çölündə yerləşən Madaya qəsəbəsinin 1 il 8 aydır mühasirəyə alıb və dinc əhalinin aclıqdan öldürülməsinin əsas səbəbkarlarından biri olub. O, Madaya qəssabı kimi tanınırdı.
Öz proksi qüvvələri tərəfindən soyqırım gerçəkləşdirən bir dövlət İsraili soyqırımda necə iddiham edə bilər? İsrail Azərbaycanda avtoritarizmin saxlanmasında texniki və lobbi dəstəyi verir deyirsiniz və buna görə də ona qarşısınız mən razı, bəs bu yuxarıda qeyd edilən Suriya-Əsəd örnəyini, Azərbaycan daxil əli çatan hər yerdə özünün ideoloji oyuncaq hökumətlərini, şəriət sistemini yaratmaq istəyəni hara yazaq?

İranın daxilində baş verənlərə qayıtsaq elə ən son Mahsa Amini olayı, bir qızı öldürmək, zorlamaq sonrasında onun müdafiəsinə qalxan on minlərə atəş açan, qanla yatıran, edam edən bir rejimdən danışırıq.
Belə bir rejimi müdafiə edən solçuları isə heç anlamıram, feminizm, qadın haqları, azadlıq kimi anlayışları prioritet hesab edən solçular İran kimi qapalı teokratik-totalitar sistemi, qadın azadlığını, fərdi azadlıqları, vicdan azadlığını və bütün növ digər azadlıqları rəsmi ali siyasi səviyyədə basdıran bir rejimi dolayı formalarda necə müdafiə edirlər? Hələ mən bu rejimin yeni qurulduğu 1980-1985, 1988-ci illər arasında minlərlə solçu qrupları edam etməsini demirəm.

 

Mete Türksoy

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna SQ-nin Quru Qoşunlarının yeni komandanı…

redaktor

Krım körpüsünü vurmaq o deməkdir ki… – Ekspert

admin

Məşhur aktyor cütlükdən zəlzələ qurbanlarına böyük ianə

redaktor