24 C
Bakı
22 İyun 2025 15:03
CəmiyyətGündəmHadisəŞikayət

AXCP Daşkəsən şöbəsinin Məclis sədri 30 sutka həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin Məclis sədri Ruzi Bağırovun inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP-dən iyunun 13-də yayılan məlumata görə, o, İnzibat Xətalar Məcəlləsinin (İXM) 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilərək məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib. Partiya onun şərləndiyini hesab edir, amma, hələlik, başqa detalları açıqlamır.

 

AXCP-nin bu açıqlamasına Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadə də 1 il 3 aydır ki, narkotik ittihamı ilə həbsdədir. Ötən ilin dekabrında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il 6 ay həbs cəzası kəsilmişdi. Bu ilin martında apellyasiya məhkəməsi onun cəzanı 3 il 6 aya endirib. O, da şərləndiyini deyir.

 

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda ümumilikdə 15 civarında üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 370-dan çox siyasi məhbus var. (Azadlıq Radiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Yarım milyonluq “Bentley”i olan icra başçısının motosikleti də varmış – ŞOK İDDİA (VİDEO)

redaktor

Bu şair Elza Seyidcahana görə AYB üzvlüyündən çıxır – FOTO

redaktor

“İstəmir ki, əmisi qızı, dayısı qızı başqasına qismət olsun, buna görə də…” – Qalmaqallı açıqlama

redaktor