29 C
Bakı
11 Avqust 2025 18:06
Dünyaİdman

UFC yarışında döyüşəcək idmançı Bakıya gəlməkdən imtina edib – SƏBƏB

UFC Baku Fight Night yarışının əsas döyüşünün iştirakçılarından biri, ABŞ təmsilçısı Camal Hill Azərbaycana gəlməkdən imtina edib.

Tacxeber.com Offsideplus.az-a istinadən xəbər verir ki, idmançı bu gün günorta saatlarında paytaxtımıza təşrif buyurmalı idi.

C.Hill və onun komandasının gəlişi Doha-Bakı təyyarə reysi ilə planlaşdırılırdı.

Uçuş xəritəsinə görə, təyyarə İsrail və İran üzərindən keçməli imiş.

Lakin bu gecə İsrailin İran ərazisinə hava zərbələri endirdiyini nəzərə alan  C.Hill son anda təyyarəyə minməkdən imtina edib.

Nəticədə Doha-Bakı reysi İsrail və İran üzərindən keçməyib və təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 3 saat əvəzinə, 5,5 saata çatıb.

Təyyarədə C.Hillin komandasının 2 üzvü və 5-6 nəfər digər sərnişinlər olub.

ABŞ idmançısının Bakıya nə vaxt gələcəyi məlum deyil.

Bundan başqa, sabah ölkəmizə gəlişi planlaşdırılan Rafael Fiziyev də Doha-Bakı reysi ilə uçmalıdır. Onun da səfərinin detalları dəqiqləşdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan-Türkiyə sərhədi martın 1-də açılacaq

admin

Futbol matçında FACİƏ: gənc futbolçunı ildırım vurub öldürdü, daha 6 nəfər…

redaktor

SSRİ-nin son illərində bir sıra qəzalar baş verirdi ki, sanki imperiyanın süqutunun əlamətləri görünürdü.

admin