İrandaki hadisələrə geosiyasi baxış. Molla rejimi heç zaman bu qədər zəif və devrilməyə bu qədər yaxın olmayıb.
İlk növbədə bir şad xəbərimiz var. İsrail, Ukrayna sərnişin təyyarəsinin vurulmasına rəhbərlik etmiş və Rusiyaya “Şahed” dronlarının verilməsini təşkil edən İranın aero-kosmik qüvvələrinin komandanını məhv edib.
Sonra
İndi İrana qarşı baş verən hadisələrə geosiyasi prizmadan baxaq
Növbəti dəfə molla rejimini yıxmaq üçün belə bir fürsəti on illər gözləmək lazım olacaq, hal-hazırda isə bütün geosiyasi şərtlər rejimin devrilməsi üçün münbit şərait yaradır.
1) ABŞ
ABŞ(Tramp) narahat idi ki, İsrailin zərbələri İranın ABŞ obyektlərinə cavab zərbələrinə səbəb olacaq və buna görə də Tramp ölkə daxilində tənqid olunacaq. Amma Tramp gözləmirdi ki, İsrailin ilk gündəki zərbələri bu qədər uğurlu olacaq və indi Tramp bu uğura şərik çıxmağa çalışır.
2) Ərəb ölkələri
Ərəb şeyxləri İsraili qınasalar da, pərdəarxasında sevinirlər. Çünki İran bölgədə xaos yaradırdı və İsraillə münasibətləri bərpa etmək istəyən ölkələrə mane olurdu.
3) Avropa
Avropa əvvəllər fələstinlilərə qarşı güc tətbiqinə görə İsraili tənqid edirdi, amma İrana qarşı bu gün Avropa İsraili tam dəstəklədi.
4) Rusiya
Rusiya Ukraynada batağlığa girib və İrana heç bir real yardım göstərə bilmir, yalnız bəyanatlarla kifayətlənir
İranın faktiki olaraq müttəfiqləri yoxdur.
Əsəd rejimi çöküb, Hizbull@h və HƏMAS darmadağın edilib.
Xamenei artıq çox yaşlıdır, hərbi rəhbərlik məhv edilib və sarsıntı içindədir, hava hücumundan müdafiə yoxdur və s.
Bu gün mənzərə belədir və Trampın diliylə desək İranın əlində heç bir “kart” qalmayıb.
Dünya mətbuatında İsrailin İrana zərbələrini molla rejimini devirməsi üçün endirməsi barədə yazırlar və bu olduqca real görünür. Əgər siyasi iradə olacaqsa, bunu bacaracaqlar. Siyasi iradənin olub olmayacağını isə yaxın günlər göstərəcək.
Hazırda İsrail zərbə dalğasına davam edir və dayanmaq da fikiri yoxdur.