20 C
Bakı
06 Oktyabr 2026 16:33
CəmiyyətDünya

İsrailin hücumunun şok detalları yayıldı: “Mossad” İranda əvvəlcədən baza qurubmuş

İsrail İrana hücumdan əvvəl bu ölkədə pilotsuz təyyarələrin bazasını qurubmuş.

Tacxeber.comxəbər verir ki, bu barədə “Walla” nəşri təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Bu əməliyyatın kod adı “Lion Nation”dır. Nəşr qeyd edir ki, gizli əməliyyat “Mossad” tərəfindən çoxdan planlaşdırılıb. Bunun üçün isə “yenilikçi düşüncə və fəndlər” tələb olunub.

İsrailin İranın hər yerində geniş miqyasda xüsusi silahlar yerləşdirdiyi, “Mossad” agentlərinin İranın hava hücumundan müdafiə raket sistemlərinin yaxınlığındakı açıq ərazilərdə silah yerləşdirdiyi bildirilir.

Nəşr yazır ki, İsrailin İrana hücumunun başlaması ilə yerləşdirilən silahlar aktivləşib və hədəfləri vurub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tənqid nəticə verməyəndə…

redaktor

«Dövlət» əhəmiyyətli otel

redaktor

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor