12 C
Bakı
28 Mart 2026 21:04
DünyaHadisə

İsrail İran ərazisinə zərbə endirdi, ölkədə fövqəladə vəziyyət elan edildi

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbə endirib.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Hədəfin dəqiq nədən ibarət olduğunun hələlik məlum olmadığı bildirilib.

İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, İrana qarşı “preventiv zərbə” endirilib və əhalini İranın tezliklə cavab hücumu həyata keçirə biləcəyi barədə xəbərdar edib.

Bununla əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq edilib.

İsrail əhalisinə saat 03:00-da (Bakı vaxtı ilə 04:00-da – red.) ordu tərəfindən təcili xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq xüsusi siqnal vasitəsilə, bütün bloklamaları keçərək mobil telefonlara daxil olub. Əhaliyə arxa cəbhə komandanlığının verəcəyi təlimatlara ciddi şəkildə əməl etmək tapşırılıb.

Bununla yanaşı, ölkənin mərkəzi bölgələrində hava hücumu siqnalları eşidilib.

Bütün ölkə ərazisində təhsil prosesi, strateji sahələr istisna olmaqla, müəssisələrin fəaliyyəti dayandırılır, kütləvi toplaşmalara qadağa qoyulur.

İran dövlət televiziyası paytaxt Tehranda partlayışların olduğunu bildirib. Məlumata əsasən, hava hücumundan müdafiə sistemləri işə düşüb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İran üçün həlledici 24 saat yaxınlaşır…

redaktor

“Paşa Travel” deputatın yubiley gecəsini 196 min manata təşkil edib

admin

İranlılar keçmiş prezident Xatəminin qızının ABŞ kollecindən qovulmasını tələb edir

redaktor