30 C
Bakı
10 Avqust 2025 21:26
CəmiyyətDünya

Hərbi təyyarələrimizin İran sərhədində uçuşlar etməsi xəbərləri – RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.

Tacxeber.com xəbər verir ki, açıqlamada deyilir:

“İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Bildirmək istərdik ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Bir gündə 3 taksi şirkəti eyni qiyməti təyin edirsə, deməli, bunu hökumət istəyib”

redaktor

Ağadadaş Ağayevin başı dərddə, ona ittiham elan edildi.

admin

Sənədsiz evi olanların nəzərinə! – VİDEO

redaktor