10 C
Bakı
27 Mart 2026 16:15
CəmiyyətKriminal

Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı – FOTO/VİDEO/RƏSMİ

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.

Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Elşən Əliyev ürək-damar cərrahıdır və bir sıra özəl klinikalarda çalışıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

“TikTok” sosial şəbəkəsi qayıtdı.

admin

Türkiyə həbslərinin “dalğası” Bakıya da çatdı. Bizim məşhurlar da polisdə…

admin

İcra başçısının ona sui-qəsd hazırlayana qarşı şikayəti yoxdur – Proses

redaktor