21 C
Bakı
21 İyun 2025 22:05
DünyaSiyasət

“Ukrayna müharibənin bitməsini istəyir, lakin…” – Zelenski

Ukrayna Almaniyadan tədarük planı 3 ilə hesablanan yeni “IRIS-T” hava hücumundan müdafiə (HHM) sistemləri alacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın müdafiə naziri Boris Pistorius ilə keçirdiyi brifinqdə bildirib.

“İndi tədarük planını başa düşürük. Mən bütün təfərrüatlardan deyil, qarşıdakı üç il üçün plandan danışacağam. Bu, istənilən halda, bizim üçün çox vacib yardımdır”, – o deyib.

 

Zelenski vurğulayıb ki, bu, müharibənin daha üç il davam edəcəyi anlamına gəlmir. Onun sözlərinə görə, Ukrayna müharibənin bitməsini istəyir, lakin eyni zamanda insanların əmin-amanlığı yüksək keyfiyyətli HHM sistemləri ilə qorunmalıdır.

“Təşəkkür edirəm ki, bu layihənin növbəti üç il ərzində həyata keçirilməsi ilə bağlı anlayış var”, – Ukrayna Prezidenti əlavə edib.

Öz növbəsində, Pistorius Kiyevdə Zelenski ilə görüşdən sonra vurğulayıb ki, Berlin “Taurus” qanadlı raketlərinin Ukraynaya ötürülməsini nəzərdən keçirmir.

 

Xatırladaq ki, Almaniya artıq Ukraynanı özünün “IRIS-T” HHM sistemləri ilə təmin edir. Onlar Rusiyanın kütləvi zərbələri zamanı Ukrayna səmasını effektiv şəkildə qorumağa kömək edir. Mayın 28-də iki ölkə arasında “IRIS-T” və onlar üçün raketlərin istehsalı üçün 2,2 milyard avroluq müqavilə imzalanıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranda məhbuslar da qiyama qalxdı, həbsxana yandırıldı

redaktor

Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb – “Facebook” kəskin geriləyib

redaktor

Məşhur rusiyalı sənətçiləri Gürcüstana buraxmadılar

redaktor