28 C
Bakı
17 Avqust 2026 19:53
DünyaMuharibəSiyasət

Rusiya Ukrayna qorxusundan təyyarələrini müxtəlif yerlərdə gizlədib.

Qorxu pis şeydir…

Rusiya Ukraynanın zərbələrindən sonra təcili olaraq strateji bombardmançı təyyarələrini Uzaq Şərqə köçürür. Bütün Tu-160-lar Belaya (İrkutsk vilayəti) və Olenya (Murmansk vilayəti) aerodromlarından təxliyə edilib. İndi bu təyyarələrin bəziləri Çukotkada Anadırda və Kamçatkadakı Yelizovodadır. Qalanları Tatarıstandadır.

 

Bütün Tu-95MS və 11 Tu-22M3 təyyarələri də aviabazaları tərk edib. Onlar Uzaq Şərq və cənub aerodromlarına səpələniblər: Ukrainka, Engels-2, Borisoglebskoye və hətta, əvvəllər demək olar ki, istifadə olunmayan Mozdok aerodromuna.

Müharibə başlayandan bəri ilk dəfə Moskva strateji aviasiyanı geniş miqyasda “dağıdır”. Hərbi analitiklərin fikrincə, Rusiya Federasiyası təkrar hücumların qarşısını almaq üçün öz təyyarələrinin yerini daha tez-tez dəyişməli olacaq.

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya taxıl ixracı Ukrayna hücumları səbəbindən iflic oldu

redaktor

Ermənistan və NVİDİA əməkdaşlığı, məğlub ölkənin yeni iqtisadi modeli bizi niyə düşündürməlidir?

redaktor

Xəzərin adını dəyişməklə tarixini dəyişmək olmaz!

redaktor