24 C
Bakı
12 Avqust 2025 01:05
CəmiyyətKriminal

Elvin Hüseynov ölkəni tərk edibmiş: axtarışa verildi – RƏSMİ

Tacxeber.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.

O deyib ki, xarici ölkədən avtomobil gətirmək adı vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs axtarışa elan olunub.

32 yaşlı Hüseynov Elvin Tofiq oğlu barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249.764 manat təşkil edir.

Müəyyən edilib ki, o vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni Gürcüstan istiqamətində tərk edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.

 

“Tövsiyə edirik ki, vətəndaşlar yalan vədlərlə aldanmamaq üçün yoxlanmamış vasitəçilərə, qeyri-rəsmi avtomobil alverçilərinə etibar etməsinlər. Bakıda rəsmi avtomobil satışı ilə məşğul olan etibarlı şirkətlər var və fəaliyyəti qanunla tənzimlənir” – açıqlamada qeyd olunur.

Elvin isə özünəməxsus sosial şəbəkə hesablarında yayılan iddiaları şər-böhtan adlandırıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

AZAL-ın kapitanı son uçuşunu etdi – VİDEO

redaktor

Mingəçevirdə binalarda ilanlar peydə oldu – FOTO

admin

Eybəcər davranışlı məmur övladları, nəvələri – onlar kimlərdir…

admin