24 C
Bakı
11 Avqust 2025 22:23
DünyaSiyasət

Donald Trampdan Vladimir Putin haqqında inanılmaz sözlər: düşünməyə başlayıram ki…

Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı müharibədə itkilərə əhəmiyyət vermir.

Tacxeber.com bildirir ki, bunu aparıcı Miranda Devine müsahibəsində Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp deyib.

Müsahibin ABŞ-ın Rusiya və Ukraynanı müharibəni dayandırmağa məcbur etmək üçün hansı “kozırlara” malik olması ilə bağlı sualını cavablandıran Tramp deyib ki, Moskva “hər həftə 5 min əsgər itirir və buna əhəmiyyət vermir. Bəlkə onun (Putin) vecinə deyil, mən düşünməyə başlayıram ki, o da Ukrayna kimi çoxlu əsgər itirir. Sonra nə olacağını görəcəyik”, – Tramp deyib.

O, həmçinin əlavə edib ki, guya Ukrayna və Rusiya arasında müəyyən irəliləyiş əldə olunub, lakin sonra “bombalamamalı olduqları yerləri bombalayıblar. Bu da irəliləyişi dayandırıb”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan Rusiyaya Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasına sərmayə qoymağı təklif edir

redaktor

Mübariz Mənsimovun oğlu Acun İlıcal qızı ilə birgə… FOTOLAR

admin

Şarl Mişel: “Səfərbərlikdən yayınan ruslara viza verək”

redaktor