13 C
Bakı
27 Mart 2026 21:07
DünyaSiyasət

Çeçenistan Rusiyanın sütunudur – Kadırov iddia etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov ölkə sakinlərini Rusiya Günü münasibətilə təbrik edib.

Tacxeber.com xəbər verir ki, Kadırov bu barədə “Telegram”da yazıb.

Mesajda Kadırov Rusiyanın müstəqilliyini elan etdiyi vaxtdan bəri keçdiyi sınaqlardan danışıb. O, uğursuzluqla nəticələnən suverenliyə zərbə vurmaq cəhdlərinə işarə edib.

Çeçenistan rəhbəri vurğulayıb ki, bütün bu illər ərzində Rusiya dövləti xalqın birliyindən güc alıb. O, həmçinin ölkə prezidenti Vladimir Putinin xüsusi rolunu qeyd edib.

“Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu gün Çeçenistan Respublikası Rusiya dövlətinin etibarlı sütunudur”, -Kadırov vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

“”Qarabağ” “Çelsi”yə qarşı rahat oynayacaq” Asmir Bqeoviç

admin

Şok: Fransa şirkəti İŞİD-ə yardım etdiyini boynuna aldı

redaktor

Lukaşenko qayınanasının köməyini etiraf etdi – VİDEO

redaktor