32 C
Bakı
12 Avqust 2025 17:00
CəmiyyətGündəmHadisəİqtisadiyyat

Abdullayevin kürəkəninin bankında səhmdar səhmlərini satıb

“Rabitəbank” ASC-nin səhmdarlarının siyahısında dəyişiklik olub.

Tacxeber.com Yeniavaz.com-a istinadən xəbər verir ki, “Rabitəbank” ASC-nin səhmlərinin 14,51%-nə sahib olan Seyran Nuriyev öz payını bankın digər səhmdarı Validə Abasovaya ötürüb.
Qeyd edək ki, bu dəyişiklikdən sonra Validə Abasovanın bank səhmlərindəki payı 20,13%-dən 34,64%-ə yüksəlib.

 

Bankın digər səhmdarlarının payında isə heç bir dəyişiklik olmayıb. Əvvəllər olduğu kimi, bank səhmlərinin 40,6%-i Rauf Əliyevə, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsus olub.
Məlumat üçün bildirək ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkənidir. Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ey Amerika, sənin orada nə işin var? – ƏRDOĞAN

redaktor

Oğlu Mirşahin haqda yazdı: “Bilirsən, ən qəribəsi nədir, Ata?”

redaktor

“Sənət əhli niyə rüşvət verməlidir?” – Nura Suridən Mədəniyyət Nazirliyinə SƏRT SÖZLƏR

admin