20 C
Bakı
22 İyun 2025 03:35
DünyaSiyasət

Ekspertlərin fikrincə,  ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bu dəqiqələrdə də başlaya bilər – Heydər Oğuz

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişinə inamının azaldığını deyib.

O, “New York Post”a müsahibəsində bildirib ki deyəsən İran vaxtı uzadır:  “Bu, təəssüf doğurur. İndi bir neçə ay əvvəl olduğum qədər arxayın deyiləm. Onlara nəsə oldu və indi razılaşmanın həyata keçəcəyinə daha az inanıram. Lakin onlar razılığa gəlməsələr belə, nüvə silahına sahib olmayacaqlar”, – Tramp qeyd edib.

Maraqlıdır ki, Trampın bu “təəssüf dolu” açıqlamasından sonra Yaxın Şərqdə hərəkətlənmələr başlayıb.

 

ABŞ rəsmisi bazar ertəsi Reuters-ə bildirib ki, ABŞ Müdafiə naziri Yaxın Şərqdəki bazalarda xidmət edən hərbçi ailələrinə könüllü olaraq ölkəni tərk etməyə icazə verib. “Hərbçilərimizin və onların ailələrinin təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır. ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqdə gərginliyin inkişafını diqqətlə izləyir”, – deyə rəsmi şəxs bildirib.

Digər ABŞ yetkilisi isə Reuters-ə açıqlamasında vurğulayıb ki, “Dövlət Departamenti ABŞ-ın Bağdaddakı səfirliyinin boşaldılmasını planlaşdırır”.

Eyni zamanda digər körfəz ölkələrindəki ABŞ səfirliklərinin də işçi sayının minimuma endiriləcəyi vurğulanır.

İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami bu gün rəhbərlik etdiyi hərbi qurumun dəniz hissələrini ziyarətində bildirib ki, İranın istənilən təhlükəyə cavab verməyə və istənilən ssenariyə hazırdır.

 

Digər həyəcanlı məlumat Böyük Britaniyadan gəlib. Krallığın Dəniz Ticarət Əməliyyatları İdarəsi də (UKMTO) bu gün səhər saatlarında xəbərdarlıq edib ki, Yaxın Şərqdə artan gərginlik hərbi fəaliyyətin artmasına səbəb ola bilər və dəniz əməliyyatlarına birbaşa təsir göstərə bilər. UKMTO gəmilərə Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazından keçərkən diqqətli olmağı məsləhət görüb.

Qısası, bütün oxlar İranı göstərir.  Nəzərə alsaq ki, Omanın vasitəçiliyi ilə ABŞ-la İran arasında aparılan nüvə danışıqlarının 5-ci turu keçirilməsinə baxmayaraq, hələ də heç bir nəticə əldə edilməyib, onun ətrafında həlqənin daralması təsadüfi görünmür. Hətta bəzi ekspertlərin fikrincə,  ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bu dəqiqələrdə də başlaya bilər.

 

Bununla belə, mən ABŞ-ın bazar gününə qədər İrana fürsət verəcəyinə və nüvə danışıqlarının 6-cı turunun keçirilməsini gözləyəcəyinə inanıram. Ona görə ki, İrana qarşı başladılacağı təxmin olunan hərbi əməliyyatlar dünyanın neft və qaz hasilatının hardasa 40%-nın çıxarıldığı Fars körfəzinin də tamamilə bağlanmasına yol aça və enerji bazarında qiymətlərin astronomik səviyyəyə yüksəlməsinə gətirib çıxara bilər. Bu isə ilk növbədə Avropa dövlətlərinin Rusiyadan asılılığını daha da artırmış olar.

Amma seyid cəddinə arxayın olduğu kimi İranın da körfəz böhranı kartına çox güvənməsini də yanlış hesab edirəm.  Zira Tramp bu kimi arqumentlərə bel bağlayacaq qədər sadə adam deyil. Onun qəzəbiylə oynamağın İrandan çox Rusiyaya sərf edəcəyi ortadadır. İran rusları xilas etmək üçün özünü təhlükəyə atmamalı, Trampın təkliflərini yenidən gözdən keçirməli, nüvə proqramından vaz keçib dünya iqtisadiyyatına inteqrasiya xəttini seçməlidir. Bu, təkcə onun yox, region dövlətlərinin də maraqlarına uyğun olardı.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Putin məktəblilər üçün ev tapşırıqları və testləri azaltmağı əmr etdi

redaktor

Sabaha olan hava proqnozu

redaktor

Elon Mask və maliyyə naziri Scott Bessent dalaşıblar

redaktor