18 C
Bakı
21 İyun 2025 09:33
CəmiyyətGündəmHadisə

Mirsaleh Seyidov və polis bir qadına qarşı – Əfqan Muxtarlı

Bir az uzun olacaq amma səbirlə oxuyun.

Sayara Heyderova adı tanışdır sizə? 58 gün həbsdə aclıq etmişdi Səyyarə. 2008-ci ilin martın 7-də yarımcan nasilkada qapının ağzına atıb qaçmışdılar. Onun haqqında yazırdım və məhrum anasl Sona xala zəng edib ağlaya dedi ki, qapının zəngini çaldılar acdım ki, qapının ağzında Səyyarə nasiıkada uzanıb. Elə bildim meyididir. İlk dəfə orda gördüm Səyyarəni. Yaddaşımda eləcə də qalıb. Hitlerin yəhudi lagerlərindəki “uznik”lər kimi. Onurğasında fəqərələr bir birindən ayrılmışdı. Əlilik dətrəcəsi verdilər. Səyyarə həyətlərinin Ramiz Mehtiyev tərəfindən zəbt edilməsinə etiraz etdiyi üçün həbs edilmişdi. Həyətdə tikinti aparan 3 kişi və sahə müvvəkili üzünə durmuşdu Səyyarənin. Guya 4 kişini 30 dəqiqə ərzində laptka ilə döyüb. Kişilərdə mal kimi durub Səyyarə bunları döysün.

 

İndi Səyyarə yenidən polisin hədəfindədir. O bir rusdilli sayt acıb və tənqidi məqalələr paylaşır. Pentensiar Xidmətdə baş verən korrupsiya faktı ilə bağlı ədliyyə naziri Fərid Əhmədova sorğu göndərib. Bu sorğu Pentensiar Xidmətin rəisi Mirsaleh Seyidovun “cestinə dəyib”. Bundan sonra Səyyarənin qara günləri başlayıb.

Banka olan xırda borcunu (ayda 25 manat ödəniş, ödənişləri də edib) bəhanə edib həbs ediblər. Borca görə həbs edilən adam Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Döyülüb, bədənində xəsarət izləri var. Onu Rusiyaya cəsusluqda və qaçaqmalcılıqda ittiham ediblır. Rusiyanın köləsi olan Əliyev rejiminin kölələri tənha qadını cəsusluqda ittiham etməsindən iyrənc heç nə ola bilməz. Səyyarə 25 sutka inzibati həbsə göndərilib. Məhkəmə qərarını verməyiblər. İndi də polis Səyyarəni axtarır. Adam evinə getməyə qorxur. Tək və köməksiz qalıb. Dəhşətlər ölkəsində yaşayırıq.

Foto Səyyarə həbsdən cıxandan sonra çəkilib. Onda da aclıq aksiyası keçirirdi. Hə onu da deyim Sumqayıtdan deputatlığa namizəd olmuşdu. Ona görə də xeyli təqib edilmişdi.

 

Əfqan Muxtarlı

Tacxeber.com

Oxşar xəbərlər

Dünya çempionu Ermənistan üçün döyüşməkdən imtina edib

redaktor

İmran Xanın etirazını izləyən jurnalist TIR-ın altında qaldı

redaktor

15 yaşlı qızların abort olunma faktları var – milli fəlakət…

redaktor