21 C
Bakı
23 İyun 2025 03:46
Dünya

Los-Ancelesdə fövqəladə vəziyyət elan edilib

ABŞ-ın immiqrasiya siyasətinə qarşı etirazlar fonunda Los-Ancelesdə fövqəladə vəziyyət elan edilib.

“Reuters” xəbər verir ki, bu barədə şəhərin meri Karen Bass bildirib. Xanım Bass şəhərin mərkəzi ərazilərində də komendant saatı tətbiq edib. Komendant saatı iyunun 10-u axşam saat 20:00-dan (11 iyun) iyunun 11-i səhər saat 6:00-a qədər qüvvədə olacaq. Los-Anceles merinin sözlərinə görə, məhdudiyyətlər yaxın günlərdə uzadıla bilər.

Xatırladaq ki, iyunun 6-da Los-Ancelesdə ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə etirazlar başlayıb. Onlar avtomobillərin yanması və polislə toqquşmalarla müşayiət olunub. Trampın Kaliforniyaya Milli Qvardiya qoşunlarını göndərmək qərarından sonra ştatın qubernatoru Qevin Nyusom prezidenti məhkəməyə verdiyini açıqlayıb və onun hərəkətlərini avtoritarizmə doğru ilk addım adlandırıb. Donald Tramp isə buna cavab olaraq qubernatorun həbsini dəstəkləyəcəyini və iğtişaşlara görə onun məsuliyyət daşıyacağını bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İmamoğlu diplomunu paylaşdı, özünü işə saldı

redaktor

Özbək pilotdan Azərbaycana jest: Milli təyyarənin xatirəsinə unudulmaz hərəkət

redaktor

Yaponiya ABŞ-la əks hücuma keçəcək

redaktor