Şou

Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA ÇIXDI – Polisə apardılar

Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimi mübahisə və fiziki münaqişə ilə nəticələnib.

Tacxeber.com Ajans.az-a istinadən xəbər verir ki, toyda iştirak edən müğənni Kəmalə Günəşliyə qonaqlar mahnı oxumağı təklif ediblər. O isə səhnədə başqa bir ifaçının olduğunu bildirərək, növbəsini gözləyəcəyini deyib.

Bu cavab toy sahibi Vəfa Mikayılovanı narazı salıb və tərəflər arasında mübahisə yaranıb. İddialara görə, tərəflər bir-birinə qarşı təhqiredici ifadələr işlədib, daha sonra isə dava düşüb. Şahidlərin sözlərinə görə, bakallar havada uçuşub, Vəfa Mikayılova və Kəmalə Günəşli saçyolduya çıxıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki müğənni Sumqayıt Şəhər 4-cü Polis Bölməsinə aparılıb və səhərə yaxın sərbəst buraxılıblar. Məsələ ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Ajans.az müğənninin köməkçisi ilə əlaqə saxlayıb. Köməkçi isə cavabında “Mən yalnız toy haqqında məlumat verə bilərəm”- deyə, bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Oxuyanda qışqırmaqdan xəstə olmuşam” – Alim Qasımov

redaktor

Rəhim Rəhimlinin anası oğlunun saxta sevgilisindən danışdı

admin

Aqşin hər iki Zauru tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” – VİDEO

redaktor