Dünya

Keçmiş prezidentə beş gün vaxt verildi

Argentinanın keçmiş prezidenti, əvvəllər korrupsiya cinayətlərində təqsirli bilinən və 6 il həbs cəzasına məhkum edilmiş Kristina Kirşner cəzasını çəkməyə başlamaq üçün beş gün ərzində məhkəməyə gəlməlidir.

Tacxeber.comxəbər verir ki, bu barədə TN məhkəmənin qərarına istinadən məlumat yayıb.

“Kirşnerin məhkəməyə gəlməsi və cəzasını çəkməyə başlaması üçün beş gün vaxtı var”, – bəyanatda deyilir.

Xatırladaq ki, Argentina Ali Məhkəməsi Kirşnerə qarşı hökmü qüvvədə saxlayıb.

2022-ci ildə Kirşner korrupsiyaya görə 6 il həbs cəzasına məhkum edilib. Prokuror Dieqo Luciani bu işi ölkə tarixində “ən böyük korrupsiya manevri” adlandırıb. O, həmçinin bütün müttəhimlərə ömürlük dövlət vəzifələrində işləməyi qadağan edilməsini və 1 milyard dolların müsadirə edilməsini istəyib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail ordusu Qəzzada HAMAS-ın kəşfiyyat rəhbərinin məhv edildiyini açıqlayıb

redaktor

ABŞ Zelenski üçün sərt şərtlər qoyub və dərhal razılıq tələb edib.

redaktor

Seymur Talıbov vəzifəsindən azad edilib?

redaktor