23 C
Bakı
24 İyun 2025 12:12
Dünya

İlon Maskın atasından proqnoz: 2040-cı ildə robotlar…

İnsanlar robotların və süni intellektin dünyanı idarə etməsinə icazə verməyəcək. Bu texnologiyalar yalnız insanların əlində alət olaraq qalacaq.

Tacxeber.comxəbər verir ki, bunu amerikalı milyarder İlon Maskın atası Errol Mask bildirib.

Onun sözlərinə görə, 2040-cı ildə robotlar paltaryuyan maşınlar qədər gündəlik həyatın bir hissəsi olacaq: “Süni intellektin dünyanı zəbt edəcəyi ilə bağlı hekayələrə inanmıram. Heç bir şey insan düşüncəsindən üstün ola bilməz”.

O, texnologiyaların təhdid deyil, fayda gətirəcəyini vurğulayaraq, ağlımızı gündəlik işlərdən azad edəcəyini və insanların daha çox yaradıcı işlərlə məşğul olacağını qeyd edib. (Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Hüseyn bütün əmlakını itirmək üzərədir

admin

Almaniyada film kimi OLAY: Ekskavator oğurlayan şəxs şəhərdə xaos yaratdı – VİDEO

redaktor

“Putinlə Zelenskinin görüşü hazırlanır”

redaktor