24 C
Bakı
14 Avqust 2025 01:12
CəmiyyətGündəmHadisə

Azərbaycan milli komandasının azarkeş qrupu boykot qərarı verib.

Azərbaycan milli komandasının azarkeş qrupu “Göyqurdlar” boykot qərarı verib.

Fanatlar bəyanat yayaraq AFFA-nın onlara laqeyd yanaşdığını, məktublarına konkret cavab vermədiyini və futbolçularla aralarına bariyer qoymağa çalışdığını qeyd ediblər.

Azarkeş birliyi əlavə olaraq öz tələblərini açıqlayıb:

1. Azarkeş-futbolçu bağının bərpası üçün görüşlərin və açıq tədbirlərin təşkilinə yenidən başlanılsın;

2. AFFA rəhbərliyi azarkeş birliyimizlə açıq və şəffaf dialoqa çıxsın;

3. Futbol idarəçiliyinə ictimai nəzarət mexanizmi tətbiq edilsin;

4. Futbolun ruhuna uyğun, hesabatlı və azarkeşə açıq idarəetmə modelinə keçid baş versin.

“Biz stadionu hər zaman evimiz bilmişik. Siz isə bu gün məcbur getdiyiniz o stadionlara sabah yolunuzu belə salmayacaqsınız. Amma biz, 11-ci sektorun sakinləri, zamanı gələndə yenə yerimizdə olacağıq”, – deyə azarkeşlər bəyanat yayıblar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın ən müasir gəmilərindən biri batırıldı

admin

Növbəti ictimai fəal məhkəmə zalında həbs edildi

admin

Soyuqdəymə, qrip, Covid-19, RSV, tonzillit, bronxit, pnevmoniya…

redaktor