23 C
Bakı
24 İyun 2025 11:29
Cəmiyyət

“Uşaq pulu” ilə bağlı RƏSMİ AÇIQLAMA

Nazirlikdən bildirilib ki, qanunvericiliyə əsasən beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, hər uşağa görə 105 manat məbləğində sosial müavinət təyin edilir və uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənilir.

Qeyd edilib ki, hazırda respublika üzrə 3 minə yaxın qadına 12,7 minə yaxın uşağa görə bu müavinət növü ödənilir: “Qeyd olunan müavinətin təyin olunması şərtlərinə dəyişiklik edilməsi ilə bağlı hər hansı layihə hazırlanmır”.

 

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və bir sıra deputatlar çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflə çıxış ediblər. Musa Quliyev komitə iclasında qeyd etmişdi ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur və onlar da bu məsələdə müsbət fikirdədirlər.

 

Tacxeber.com

Oxşar xəbərlər

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

admin

Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri ilə bağlı qaydalara dəyişiklik edilib

redaktor

İsrail İranın “Bəsic” təhlükəsizlik qərargahını məhv edib

redaktor