7 C
Bakı
20 Fevral 2026 21:38
Siyasət

Tahir Kərimli sədrlikdən gedir: Yerinə kim gələcək?

Tahir Kərimli Vəhdət Partiyasının (VP) sədrliyindən gedir.

Tacxeber.com xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında VP-nin təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə deyib. Onun sözlərinə görə, sədr yerini gənclərə vermək istəyir:

“Tahir bəy deyir ki, bu günə günə kimi işlədik, daha bəsdir, indi yerimizi gənclərə verməliyik. Partiyaya yeni nəfəs gəlsin. Özü partiyadan getmir, hər hansı bir vəzifədə fəaliyyətini davam etdirəcək”.

Fəxrəddin Ağazadənin sözlərinə görə, əgər qarşıdakı illərdə parlament seçkiləri keçirilsə, Tahir Kərimli namizədliyini irəli sürəcək.

Aldığımız məlumata görə, Tahir Kərimli Vəhdət Partiyasının sədri vəzifəsini müavinlərindən birinə etibar edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan və Ermənistan 250 ildən sonra yaranmış bu tarixi fürsəti dəyərləndirməlidir” Qulu Məmmədli

admin

Fransanın tarixi cinayəti: Qəzzafini məhv etmək istəyib, başqa təyyarəni vurub -SENSASİON AÇIQLAMA

admin

Naxçıvanın rəsmi qəzeti Talıbov dövrünü yıxdı-sürüdü: “Başçı, nazirlər üçün villalar…”

redaktor