DünyaMuharibə

Moskva qorxusundan hərbi təyyarələrini Tokionun yaxınlığında gizlədib – Heydər Oğuz

Moskva qorxusundan qaçıb Tokionun arxasında gizlənib.

Moskva Ukrayna hücumlarından qorunmaq üçün öz strateji hərbi təyyarələrini Kamçatkanın ən ucqar burnunda Yelizovo aerodromunda yerləşdirməyə qərar verib.

Burda deyiblər ey, “köpək oğlunun qorxusu cənnətdən çıxıb”.

Qeyd edək ki, Yelizovo aerodromu Ukraynadan 8 min km aralıdadır. Amma Rusiyanın ən böyük düşməni ABŞ-la həmsərhəd sayılır. Kamçatka ilə ABŞ-ın Alyaskasını Sakit okeanın soyuq suları ayırır.

 

Ən maraqlısı isə budur ki, Yelizovo aerodromu faktiki olaraq Yaponiyadan belə şərqdə yerləşir. Xəritəyə baxanda sanki belə təəssürat yaranır ki, rus təyyarələri qorxusundan qaçıb Yaponiyanın arxasında gizlənib. Lap “Kəlilə və Dimnə”də deyildiyi kimi: “Cəhənnəmdə insana elə şeylər göstərirlər ki, qorxusundan qaçıb əjdahanın quyruğunun altına sığınır”.

Görünən budur ki, Ukrayna da Rusiyaya məhz cəhənnəm əzabı göstərib. Əks halda o qaçıb 2-ci Dünya savaşından indiyədək sülh müqaviləsi bağlamadığı Yaponiyanın gündəyməzinə pənah aparardımı?

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-da Fələstinə görə həbs olunan türk tələbə azadlığa buraxılıb

admin

Kurskda Rusiyanın Su-35 qırıcısı vuruldu – Ukrayna ordusunun uğurları davam edir

redaktor

İran faktiki ABŞ hərbi bazalarının əhatəsindədir.

admin