24 C
Bakı
23 İyun 2025 13:16
Dünya

İsrail Ukraynaya “Patriot” raket sistemləri göndərib?

İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin köhnə anbarlardan Ukraynaya “Patriot” raket sistemlərinin köçürülməsi ilə bağlı açıqlaması həqiqətə uyğun deyil.

Bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildiriblər: “Bəyanat həqiqətə uyğun deyil. İsrail “Patriot” sistemlərini Ukraynaya ötürməyib”.

Qeyd edək ki, iyunun 10-da ukraynalı jurnalistlərə müsahibəsində Mixail Brodski bildirib ki, məşhur inancın əksinə olaraq, İsrail Ukraynaya hərbi yardım edib. Nümunə kimi o, 90-cı illərin əvvəllərində İsrail ordusunda xidmətdə olan “Patriot”ların Kiyevə göndərilməsini göstərib. Lakin o, neçə sistem göndərildiyini və bunun nə vaxt baş verdiyini açıqlamayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İranın molla rejimi daha bir etirazçını edam edəcək – FOTO

redaktor

Makronun olduğu sərgiyə hücum etdilər – VİDEO

redaktor

“Toyumuzu məhv etdilər” – VİDEO

redaktor