24 C
Bakı
13 Avqust 2025 07:22
DünyaGündəmHadisə

İsrail həqiqətən Ukraynaya 1 batareya Patriot verib?

Hal-hazırda bu bəyanat gündəmdədir. İsrail həqiqətənmi Ukraynaya 1 batareya Patriot verdi?

İsrailin Ukraynadaki səfiri Brodskinin sözlərinə görə İsrailin Patriot sistemi artıq Ukraynadadır.

Əvvəla bir lətifə danışım sizə ki, məsələnin mahiyyətini başa düşəsiniz.

 

2 qonşu oturub söhbətləşirlər.

– O düz söhbətdir ki, Rabinoviç lotoreyada Volqanı udub?

– Düz söhbətdir. Amma Rabinoviç yox, İvanov. Və Volqanı yox, 100 rublu. Və lotoreyada yox kartda. Və udmayıb, uduzub.

İsrailin Ukraynadaki səfirinin bəyanatı da buna oxşardır. 1 batareya yox, 1 atəş qurğusu. Və verməyib, qaytarıb. Və Ukraynaya yox, ABŞ-a.

ABŞ isə bu atəş qurğunu Ukraynaya göndərəcək, bu barədə Bayden hələ sentyabrda göstəriş vermişdi və İsrail Baydenla olan razılıq çərçivəsində bu atəş qurğunu ABŞ-a qaytardı.

P.S. Dostlar bu xəbər barədə çox sual verirdilər, demişdim ki, belə xəbərləri tez-tələsik paylaşmaq olmaz, öz etibarlı mənbələrimdən yoxlamalıyam.

 

Kmaran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna Belarusla sərhədi möhkəmləndirir

redaktor

Ali məktəbi yüksək nəticə ilə bitirən gənc qəfil vəfat etdi

redaktor

İsraildən atəşkəs təklifi: HƏMAS rədd etdi

redaktor