24 C
Bakı
12 Avqust 2025 00:12
CəmiyyətGündəm

Hökumət təzə qərar çıxardır ki, qaz və işıqdan istifadə etməsən də, ayda pul verməlisən – Altay Göyüşov

Tamamilə məntiqli qərardır. Ölkədə sərbəst iqtisadi fəaliyyəti ləğv ediblər, hər şeyi, hətta burgerxananı da özləri açırlar. Özləri isə bir dənə yeri fərıi-başlı işlədə bilmirlər. Nə olur, ziyana olur. Nəticədə özlərinin ziyana işləyən yerlərinə hər il netfdən gələn puldan n qədər ayırırlar. Netftdən gələn gəlir isə azalır. Ona görə bu zaman əlavə gəlir yerlərinə ehtiyac yaranır. Bu əlavə gəlir yeri isə öıkənin əsas sərvəti, əsas qazı olan Azərbaycan xalqının cibindəki qəpik-quruşdur, girirlər ora.

Dəfələrlə dediyim kimi, sərhədlər də ona görə bağlıdır ki, gedib xeyri gürcü-mürcüyə yox, elə öz ağalarınızın otellərinə, restoranlarına verəsiniz.

 

Mən tam səmimi deyirəm, gözləyirəm ki, havanı nə vaxt pullu edəcəklər. Artıq ekologiyanı prioritet elan ediblər. Deyəcəklər ki, təmiz oksigeni udub, havaya nə gəldi buraxırsınız, ekologiya korlanır. Planetimizin gələcəyi üçün ayda bu qədər pul verməlisiniz. Camaatımız da özünə xas tərzdə, məzələnə-məzələnə, adını osturağ pulu qoymaqla, quzu kimi verəcək. Nə karədir ki verməsin.

 

Altay Göyüşov

Tacxeber.com

Oxşar xəbərlər

Əhmədin qohumları aparıcıya hücum çəkdi: NƏ BAŞ VERİR? – VİDEO

redaktor

Facebook və Instagram məlumatlarınızı süni intellekt üçün istifadə edəcək

redaktor

Rusiyanı son 5 gündə 261 min kişi tərk edib.

admin