29 C
Bakı
11 Avqust 2025 14:44
Dünya

AZAL-ın təyyarəsi İrana niyə təcili eniş edib? – TƏFƏRRÜAT

Azərbaycanlı zəvvarları daşıyan təyyarənin İrana təcili eniş etməsinin təfərrüatı məlum olub.

Tacxeber.com Oxu.Az-a istinadla xəbər verir ki, Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən AZAL-a məxsus təyyarədə sərnişinlər arasında fiziki məhdudiyyətli şəxs də olub.

Belə ki, sözügedən zəvvar, Tural Mehdiyev əlil arabasında hərəkət edib.

Uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən təyyarə heyəti təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıb. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar.

Hazırda müvafiq protokollar imzalanıb. Uçuşun baş tutması üçün hazırlıqlar görülür.

 

Tacxeber.com

Oxşar xəbərlər

Meksikada şəhər meri postuna namizəd güllələndi – CANLI YAYIMDA QƏTL (VİDEO)

redaktor

Conson baş nazir postu uğrunda mübarizədən çəkildi

redaktor

Azərbaycanda “TikTok”a yenidən qadağa qoyula bilər? – Açıqlama

redaktor