Dünya

ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyi dayandırır?

ABŞ prezidenti Donald Tramp Moskva və Kiyevi onun tələblərini yerinə yetirməməkdə ittiham edərək Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyi dayandıra bilər.

Tacxeber.com bildirir ki, bu barədə “Foreign Policy” (FP) mənbələrə istinadən yazır. Eyni zamanda, nəşrə görə, ABŞ kəşfiyyat məlumatlarını Ukraynaya ötürməkdə davam edəcək.

Amerika rəsmiləri hesab edirlər ki, ABŞ Ukraynanın mümkün məğlubiyyətindən zərər görməməlidir. Onlar Kiyevi hərbi yardımla təmin etməyi davam etdirməyi planlaşdırırlar, “əgər bu çox baha başa gəlməyəcəksə”.

Xatırladaq ki, may ayında Ağ Evin sözçüsü Karolin Levitt Donald Trampın “münaqişənin hər iki tərəfində yorğun və məyus olduğunu” bildirmişdi. ABŞ-ın vitse-prezidenti J.D.Vens də demişdi ki, prezident administrasiyası münaqişənin həllinin “dalana dirəndiyini” düşünür.

 

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenko hərbçilərə vətəndaşlara qarşı silah istifadə etməyə icazə verdi

redaktor

“Nəhayət, bu iyrənc əsr başa çatır”

redaktor

Saakaşvili azad oluna bilər

redaktor