21 C
Bakı
23 İyun 2025 02:21
Dünya

ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyi dayandırır?

ABŞ prezidenti Donald Tramp Moskva və Kiyevi onun tələblərini yerinə yetirməməkdə ittiham edərək Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyi dayandıra bilər.

Tacxeber.com bildirir ki, bu barədə “Foreign Policy” (FP) mənbələrə istinadən yazır. Eyni zamanda, nəşrə görə, ABŞ kəşfiyyat məlumatlarını Ukraynaya ötürməkdə davam edəcək.

Amerika rəsmiləri hesab edirlər ki, ABŞ Ukraynanın mümkün məğlubiyyətindən zərər görməməlidir. Onlar Kiyevi hərbi yardımla təmin etməyi davam etdirməyi planlaşdırırlar, “əgər bu çox baha başa gəlməyəcəksə”.

Xatırladaq ki, may ayında Ağ Evin sözçüsü Karolin Levitt Donald Trampın “münaqişənin hər iki tərəfində yorğun və məyus olduğunu” bildirmişdi. ABŞ-ın vitse-prezidenti J.D.Vens də demişdi ki, prezident administrasiyası münaqişənin həllinin “dalana dirəndiyini” düşünür.

 

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstan bu gündən rusiyalı kişilər üçün sərhədi bağlamağı planlaşdırır

admin

Fiko: “Baş nazirəm, Ukraynanın xidmətçisi yox”

redaktor

Tramp: İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək

redaktor