19 C
Bakı
23 İyun 2025 21:40
DünyaHadisə

Trampın qoşun yeritdiyi Los-Ancelesdə etirazlar BÖYÜYÜR

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində immiqrasiya işçilərinin reydlərinə qarşı etirazlar üç gündür ki, davam edir.

Prezident Donald Tramp etirazları yatırmaq üçün 2,000 əsgərlik Milli Qvardiya birləşməsini şəhərə yeritmək əmri verib.

Bu, 1965-ci ildən bəri prezidentin ştat qubernatoru ilə razılaşmadan qoşun yeritdiyi ilk hadisə olub.

Lakin etirazlar bundan sonra daha da qızışıb və minlərlə insan küçələrə axışıb.

Meksika bayraqları dalğalandıran etirazçılar əsas magistral yolu bağlayıblar və avtopilotlu avtomobilləri yandırıblar, hüquq-mühafizə orqanları və ordu isə izdihamı nəzarət altına almaq üçün gözyaşardıcı qaz, rezin güllələr və səs qumbaralarından istifadə edirlər.

Polis onlarla etirazçını həbs edib. Onların arasında polisə molotov kokteyli atanlar da var.

Trampın Los-Ancelesə qoşun yeritməsi onunla Kaliforniya ştatının Demokratlar Partiyasından olan rəhbərliyi arasında fikir ayrılığı yaradıb.

Ştatın qubernatoru Qavin Nyusam buna ehtiyac olmadığını, əksinə, milli qoşunun yeridilməsinin etirazların böyüməsinə səbəb olduğunu deyib. (ToplumTV)

Tacxeber.com

Oxşar xəbərlər

Tbilisidə yenə VƏZİYYƏT GƏRGİNDİR – VİDEO

redaktor

Peskov şimali koreyalı əsgərlər barədə suala cavabdan yayındı

redaktor

Putin “Barbi” ləqəbli yeni sevgilisi – FOTOLAR

redaktor