26 C
Bakı
21 İyun 2025 12:30
CəmiyyətHadisə

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib

Zəhərlənənlərin 9 nəfəri azyaşlıdır.

Naxçıvan şəhərində yerləşən dönərxanada 17 nəfər qidadan zəhərlənib. Bu barədə APA Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir. Məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva zəhərlənənlərdən 9 nəfərin azyaşlı olduğunu deyib:

“Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır, iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub”.

 

N.Allahverdiyeva həm də bildirib ki, müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının daha çox olduğu barədə məlumat var:

“Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib”.

Qida Təhlükəsizliyi Agentliyindən faktla bağlı araşdırma aparıldığı, nəticələr barədə ictimaiyyətə məlumat veriləcəyi də bildirilib.

APA həm də bildirir ki, bu, son 20 gün ərzində Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Mustafa: “Bakıda ilk dəfə idi ki, yollar qara təslim olmamış, təmizlik işləri sürətlə görülmüşdü…”

redaktor

İmran Əliyev hava limanında saxlanıldı

redaktor

Təranə Səmədova ekspertizaya göndərildi

redaktor