Dünya

Medinskidən Ukrayna barədə İLGİNC AÇIQLAMA

Rusiya nümayəndə heyətinin İstanbulda keçirilən sülh danışıqlarındakı rəhbəri Vladimir Medinski 2022-ci ildə Ukrayna ilə aparılan danışıqların detalları barədə danışıb və həmin dövrdəki şərtlərlə indiki vəziyyəti müqayisə edib.

Tacxeber.com xəbər verir ki, Medinski bildirib ki, 2022-ci ildə keçirilən danışıqlarda Ukrayna nümayəndə heyəti daha müstəqil və sərbəst davranırdı. Onun sözlərinə görə, əgər Kiyev sülh istəsəydi və qərarları özü qəbul etsəydi, Moskva ilə sülh sazişi 2022-ci il fevralın 28-də imzalana bilərdi. Həmin dövrdə Ukraynaya təklif olunan şərtlər daha yumşaq idi.

 

O həmçinin qeyd edib ki, İstanbul görüşünə hazırlanan sənəd 19 səhifədən ibarət idi və bu sənədə yalnız 1-2 düzəlişi şəxsən Prezident Vladimir Putin etmişdi. Medinskinin sözlərinə görə, 2022-ci ilin aprelində razılaşma layihəsi Prezident Volodimir Zelenskiyə təqdim edildikdən sonra o, iki həftə ərzində heç bir reaksiya verməmişdi. Ardınca isə ona Böyük Britaniyanın o vaxtkı Baş naziri Boris Conson, ABŞ Dövlət katibi və Pentaqon rəhbəri baş çəkmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Koronavirusun mənşəyi ilə bağlı iddialara Çindən REAKSİYA

redaktor

“Gürcüstanda dğvləti bir qrup ələ keçirilib”

admin

Gürcüstan daha bir Kreml düşmənini ölkəyə buraxmadı

admin