Dünya

Los-Ancelesdə etirazlar zamanı polis avstraliyalı reportyoru yaralayıb

ABŞ-nin Los-Anceles şəhərində etiraz aksiyaları zamanı polis əməkdaşı avstraliyalı reportyoru rezin güllə ilə yaralayıb.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlarda görünür ki, “9News” telekanalının müxbiri hadisələri işıqlandırarkən polis onun ayağına güllə atır.

Qeyd edək ki, ABŞ-nin Los-Anceles şəhərində artıq üçüncü gündür davam edən kütləvi etirazlar iğtişaşlara çevrilib. Etirazların səbəbi federal miqrasiya xidmətləri tərəfindən həyata keçirilən genişmiqyaslı reydlər və iddia edilən qeyri-qanuni miqrantların həbsi olub.

Şəhərdə vəziyyət gərgindir – polis avtomobilləri yandırılıb, silahlı toqquşmalar və iğtişaşlar baş verir. Şahidlər bildirirlər ki, vəziyyət nəzarətdən çıxmaq üzrədir.

Son məlumatlara görə, qarşıdurmalara görə, azı 27 nəfər saxlanılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Həşəratlar niyə işığa yığışır? – Alimlərdən maraqlı araşdırma

redaktor

HÜRJET və “Turan Hava Məkanı”

redaktor

Vəziyyət pisləşib, ruslar fəal hücuma keçir – Sırski

admin