24 C
Bakı
22 İyun 2025 15:37
DünyaGündəmHadisə

Gürcüstan Azərbaycanlaşır.

Gürcüstan mediasının verdiyi xəbərə görə müxalif liderinin əri qaçırılıb

“Vahid Milli Hərəkat”ın lideri Tina Bokuçava bildirib ki, həyat yoldaşı Kote İoseliani oğurlanıb və dünən yayımlanan videonu təzyiq altında çəkməyə məcbur edilib. Söhbət onun Bidzina İvanişvilinin oğlu Uta İvanişvilidən illər əvvəl verdiyi açıqlamaya görə ikinci dəfə üzr istəməsindən gedir.

Bokuçava hadisənin detalları barədə məlumat verərək bildirib ki, həyat yoldaşına gecə saatlarında, yaşadıqları binanın yaxınlığında beş maskalı şəxs tərəfindən hücum edilib. Hücumçular Kote İoselianini maşına mindirərək, gözləri və əlləri bağlı vəziyyətdə qaçırıblar.

 

“Ona ağır fiziki xəsarət yetirə bilmədilər, lakin onu maşına saldılar, gözlərini bağladılar, əllərini qandalladılar və naməlum istiqamətə apardılar. Dəqiq yerini müəyyən etmək mümkün deyil, lakin məsafə və istiqamətə əsasən ehtimal olunur ki, o, ‘Modul’ adlanan binaya aparılıb. Orada 8 saat ərzində ona psixoloji təzyiqlər göstərilib,” – deyə Bokuçava bildirib.

Bokuçava bildirib ki, yayımlanan videoda üzr istəməyə səbəb kimi 2018-ci ildə verilmiş açıqlama göstərilsə də, bu, sadəcə bəhanədir:

“Kote həmin açıqlamadan cəmi üç gün sonra üzr istəmişdi. Dünənki hadisənin bu bəyanatla heç bir əlaqəsi yoxdur. Əsl məqsəd mənə təzyiq göstərmək və məni susdurmaqdır. Rejim hesab edir ki, məni birbaşa həbs edə bilməz, ona görə də ailəmə və yaxınlarıma təzyiqlə məni qorxutmağa çalışır.”

 

Tina Bokuçava adlar da çəkərək, məsul şəxslərə səslənib:

“Bidzina İvanişvili, onun ailə üzvləri, Kotenin oğurlanmasında iştirak edənlər və bu əmri verənlər – o cümlədən, mənə deyilənə görə, vaxtilə Merabişvilinin sadiq adamı olmuş Gela Geladze – hamınıza səslənirəm: Mən qorxmuram! Susmayacağam! Sizin zorakı və satqın rejiminizin süqutu üçün mübarizəni davam etdirəcəyəm,” – deyə o, vurğulayıb.

 

İctimai fəal Avtandil Mammadov

Tacxeber.com

Oxşar xəbərlər

Süleyman Nemətov Naxçıvanda ilk sürprizilə qarşılaşdı – Rüşvət siyahısı

redaktor

Ramzan Kadırov necə şişibsə… – Özbəkistana əl və dil uzadır

admin

Akar: “Ermənistan bunu dayandırmalıdır”

redaktor