Cəmiyyət

Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? – Rəsmi açıqlama

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən bu ölkədə istehsal olunan “Papa mojet” əmtəə nişanlı 23.04.2025-ci il istehsal tarixli sosiska məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

AQTA bildirir ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb və bu əmtəə nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir.

Tacxeber.com

Oxşar xəbərlər

Əli Əhmədov atalar məsələni elə formada dedi ki…

redaktor

Bəhram Bağırzadə kimdir? – Heç özü bakılı deyil, Allah haqqı…

redaktor

TƏQDİRƏLAYİQ! Süni intellektlə hazırlanan təsirli FOTOLAR

redaktor