19 C
Bakı
26 Sentyabr 2025 20:25
Dünya

Gürcü UFC döyüşçüsü Trampın qarşısında diz çökdü

Mütləq Döyüş Çempionatının (UFC) 316 turnirinin əsas görüşünün qalibi Merab Dvalişvili ABŞ Prezidenti Donald Trampın qarşısında diz çöküb.

Tacxeber.com Gazeta.ru-ya istinadla xəbər verir.

Belə ki, gürcü idmançı amerikalı Şon O’Mellini məğlub etdikdən sonra oktaqonu aşaraq, ABŞ-nin 47-ci prezidentinin qarşısında diz çöküb və daha sonra onunla qısa söhbət edib.

Söhbət bitdikdən sonra Dvalişvili və Tramp əl sıxıblar və döyüşçü oktaqona qayıdıb.

Qeyd edək ki, döyüş Nyuarkda baş tutub və gürcü idmançının üçüncü raundda boğucu fəndlə qalib gəlməsi ilə başa çatıb.

O, ən yüngül çəki dərəcəsində çempionluq kəmərini qoruyub saxlayır.

34 yaşlı Dvalişvilinin hesabında 20 qələbə və 4 məğlubiyyət var.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ən yaxşı ekrana sahib olan telefon hansıdı

redaktor

Rusiya “taxıl dəhlizi“ni bərpa etdi – Bəyanat

redaktor

Qorxulu anlar: Türkiyə təyyarəsini ildırım vurdu – Foto

redaktor