DünyaHadisəSağlamlıq

Diş fırçalamasına görə valideynlərə 8 aylıq həbs cəzası verildı

İsveçdə kişi və qadına 8 aylıq həbs cəzası verilib. Diş həkimi müayinə zamanı onların üç uşağında dəhşətli diş çürüməsi aşkarlayıb.

AzEdu az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.

Məlumata görə, valideynlər övladlarının ağız gigiyenasına düzgün nəzarət etmədikləri üçün həbs cəzasına məhkum ediliblər.

Boras şəhərindəki dövlət stomatoloji xidmətinin diş həkimi uşaqların dişlərinin vəziyyətinin “dəhşətli” olduğunu vurğulayıb. Onun sözlərinə görə, ağızda kariyes olan dişlər “qorxunc” görünürdü və bəzi dişləri çıxarmaq lazım idi.

 

Prosedurdan sonra diş həkimi vəziyyəti yerli polisə bildirib.

Məhkəmə prosesində valideynlər günahlarını inkar ediblər. Müdafiə tərəfinin sözlərinə görə, uşaqların istər anası, istərsə də atası kariyesin nə qədər təhlükəli ola biləcəyini başa düşməyiblər. Lakin rayon məhkəməsi onları təqsirli bilib. (Azedu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu səbəbdən balqabaq yeməyiniz vacibdir

admin

ABŞ və Çin 6-cı nəsil döyüş təyyarələri üzərində fəal işləyir, Rusiya isə hələ planlaşdırır

redaktor

Həmkarlar İttifaqı Əli Həsənovun qudası ilə vidalaşır – Onun yerinə kim gətirilir?

admin