24 C
Bakı
11 Avqust 2025 22:29
CəmiyyətSağlamlıq

Vərdişlərin dəyişdirilməsi ömrü uzadır

Finlandiyanın Helsinki Universitetinin alimləri uzunmüddətli və genişmiqyaslı araşdırma apararaq maraqlı nəticəyə gəliblər: orta yaş dövründə — yəni 40–50 yaşlarında — sağlam həyat tərzi istiqamətində atılan addımlar insanın ömrünü uzada bilər.

Tədqiqat göstərib ki, çəkinin azaldılması və bu prosesin davamlı olması, vərdişlərin dəyişməsi – sağlamlığa əhəmiyyətli dərəcədə müsbət təsir edir. Ən maraqlısı isə odur ki, bu dəyişikliklər yalnız gənc yaşlarda deyil, yetkin yaş dövründə də təsirli olur. Yəni, əgər 40 yaşdan sonra “fastfud”u yulaf sıyığı ilə əvəz etsəniz, liftdən istifadə əvəzinə pilləkənlə qalxsanız, bədəniniz sizə sadəcə təşəkkür etməyəcək, həm də ömrünüzü uzadacaq.
Alimlər illərlə iştirakçıların həyat tərzini müşahidə edərək belə nəticəyə gəlib ki, sağlam qidalanma və fiziki aktivliyin artırılması kimi dəyişikliklər heç vaxt gec deyil – əksinə, vaxtında edilən addımlardır. (Saglamolun.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər – ANBAAN VİDEO

redaktor

Dəmir qablarda satılan içkilərin zərərləri barədə həkimdən xəbərdarlıq

redaktor

Elm və Təhsil Agentliyinə tabe olan şöbədə tələbələrin haqları pozulur

redaktor