CəmiyyətSağlamlıq

3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi – Cəmi 28 yaşında…

Beyləqanda 28 yaşlı qadın xəstəxanada vəfat edib.

Tacxeber.com “qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün rayonun Birinci Aşıqlı kənd sakini Lütviyyə Rübail qızı Paşayevanın şəkəri və təzyiqi qalxıb.

Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin apardığı müayinə və müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, L. Paşayeva ailəli və 4 uşaq anası olub. Lakin onun 2 övladı azyaşlı olarkən eyni xəstəlikdən həyatını itirib, digər bir övladı isə doğulduqdan sonra dünyasını dəyişib.

Mərhumun bir övladı qalıb, hazırda ikinci sinif şagirdidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Xəstələnmişəm, amma işə gedirəm… – Bəs qanun NƏ DEYİR?

redaktor

Bəxtiyar Hacıyev: “Avropa Məhkəməsinin qərarı ilə hökumətin ödədiyi pulu cinayət yoluyla əldə edilmiş vəsait sayıblar”

admin

Ə, bayıssı göyçək, qoy biz də oynayax dana

admin