21 C
Bakı
23 İyun 2025 05:24
CəmiyyətGündəmHadisə

Siyasi məhbus təcridxanadakı vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunub

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal saxlandığı Bakı İstintaq Təcridxanasındakı vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunub.

O, bunu iyunun 5-də telefon zəngi ilə yaxınlarına deyib.

Ə.Zeynal bildirib ki, təcridxana işçiləri bundan əvvəlki zəng imkanını əlindən alıblar, buna səbəb kimi isə onun Ədliyyə naziri Fərid Əhmədova ünvanladığı açıq məktub və təcridxanadakı vəziyyəti ictimailəşdirməsi göstərilib.

Ə.Zeynalın sözlərinə görə, ona deyilib ki, təcridxanadakı vəziyyəti ictimailəşdirməyə davam edəcəyi halda onun üçün “daha pis olacaq”.

 

Ə.Zeynal məktubunda təcridxanadakı saxlanma vəziyyətinin çox pis olduğunu, kanalizasiya sularının axdığını və siçanların dolaşdığını yazıb.

Vəkili Rəsul Cəfərov Toplum TV-yə bildirib ki, Ə.Zeynalın şikayətləri ilə bağlı Penitensiar Xidmətə müraciət yollayacaq.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

 

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. (ToplumTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda üzərlik satışı qadağan oluna bilərmi? – “Marixuananın təsir xüsusiyyətlərinə oxşayır…”

redaktor

Mentollu siqaretlər ağciyərlər üçün adi siqaretlərdən daha təhlükəlidir

redaktor

Həcc ziyarətində ölənlərin sayı minə yaxınlaşır

redaktor