ABŞ-də bir dermatoloqla canlı yayım həyata keçirən teleaparıcıya dəri xərçəngi diaqnozu qoyulub.
Tacxeber.comxəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə “Fox News” kanalında səhər proqramının aparıcısı Mayk Qerrik efirə dəvət etdiyi dermatoloq Coanna Uokerlə canlı yayımda söhbət edərkən baş verib.
Belə ki, dəri xərçənginin qarşısının alınması ilə bağlı söhbət zamanı mütəxəssis həmsöhbətin əlində kiçik ləkə görüb və onu daha yaxından araşdırmaq qərarına gəlib.