Dünya

Suriyadan atılan raket başlarına bəla oldu: İsrail təhdid edir

İsrailin müdafiə naziri İsrael Katz Suriyaya hücum edəcəkləri ilə bağlı xəbərdarlıq edib.

Tacxeber.com xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

O, Suriyadan Colan təpələrinə atılan raketlərə görə Suriya prezidenti Əhməd əş-Şaraanı məsul tutub:

 

“Suriya prezidenti İsrailə qarşı hər cür təhdid və raket atəşinə görə birbaşa məsuliyyət daşıyır. İsrail ordusu tezliklə Suriyaya tam cavab verərək, hücumlara başlayacaq”.

Qeyd edək ki, İsrail ordusu Suriyadan iki raket atıldığını və onların işğal altındakı Colan təpələrində açıq əraziyə düşdüyünü iddia etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin xəstələnməkdən qorxur“ – Dostu

redaktor

Bayden Netanyahudan İrana cavab verməkdən çəkinməyi xahiş etdi

redaktor

Əkizlər yeni doğulublar, amma 30 yaşındadılar.

admin