31 C
Bakı
13 Avqust 2025 17:04
Dünya

Müsəlmanları təhqir edən erməni oğurlanmayıb, həbs edilib – Dudayev açıqladı

Moskvada Areq Şepixin (Oqannisyan) Moskvanın müvafiq idarələri ilə əməkdaşlıq edən çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən “oğurlanmayıb, həbs edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev bildirib.

O əlavə edib ki, “Şepixinin dindarların dini hisslərini təhqir etmək məqsədi ilə həyata keçirdiyi ictimai hərəkətləri ilə bağlı araşdırma aparılır”.

 

Dudayevin sözlərinə görə, həmin şəxs “açıq şəkildə dəfələrlə etnik təmizləməyə və nasizmə çağırıb, dini və Allahı təhqir edib, həmçinin açıq-aydın ekstremist fikirlər səsləndirib və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edib”.

Daha əvvəl məlumat vermişdik ki, Moskva vağzallarından birində Ermənistan əsilli Areqin avtomobilin baqajına yerləşdirilərək naməlum istiqamətə aparılıb.

Tacxeber.com

Oxşar xəbərlər

46 ildir SİRR AÇILMIR: UNO-nun eniş yeri bütün Sovet xalqlarından gizlədilib

redaktor

Maskdan eks-həyat yoldaşının nişanlanmasına reaksiya – Foto

redaktor

ABŞ Kəşfiyyat şefinin gizli səfəri – Müharibəni bitirəcək planla gəldi

admin