DünyaSiyasət

Kelloq Rusiya aviabazalarına zərbələrdən sonra müharibənin genişlənəcəyi riskindən bəhs edir

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyunun 3-də “Fox News”a müsahibəsində deyib ki, Ukraynanın Rusiya hərbi aerodromlarına hücumu müharibənin daha da gərginləşməsi riskini artırıb.

Bu əməliyyatı “çox cəsarətli” adlandıran Kelloq bunun Ukraynanın təslim olmadığını göstərdiyini deyib. Bununla belə, o əlavə edib ki, belə hücumlar nəticəsində “risk səviyyəsi əhəmiyyətli dərəcədə artır”, çünki bu, Rusiyanın nüvə üçlüyünün bir komponentinə zərbə vurulması deməkdir. Kelloq bildirib ki, Rusiyanın bu hücuma necə cavab verəcəyi bəlli deyil. “Risk səviyyəsi artır. Mən düşünürəm ki, bizim də yayınmağa çalışdığımız şey məhz budur”, – o deyib.

 

Rusiyanın nüvə doktrinası, prinsipcə, strateji obyektlərə hücuma cavab olaraq nüvə silahından istifadə etməyə icazə verir. Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev istisna olmaqla, Rusiya rəhbərliyi hərbi aerodromlara hücumla bağlı hələ şərh verməyib. Medvedev isə cavab tədbirləri ilə hədələsə də, bu dəfə özünəxas nüvə ritorikasına yer verməyib.

Ağ ev isə vurğulayır ki, Ukrayna 1 iyun hücumu ilə bağlı ABŞ-ni əvvəlcədən xəbərdar etməyib.

Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, “Pautina” əməliyyatı zamanı Rusiyanın 41 təyyarəsi məhv edilib və ya zədələnib. (AzadlıqRadiosu)

Tacxeber.com

Oxşar xəbərlər

İmkan düşsə, Putin düşmən kimi baxdığı Azərbaycandan və Əliyevdən heyifini alacaq.

admin

Bu məşhur da “Twitter” ilə vidalaşdı

redaktor

HƏMAS rəhbəri iddiaları təkzib edib.

admin