21 C
Bakı
21 İyun 2025 22:50
CəmiyyətGündəm

Dövlət Turizm Agentliyi Azərbaycanı tanıtmaq üçün hər ay milyonlarla vəsait xərcləyir

Vəsait xarici jurnalist və blogerlər üçün nəzərdə tutulub

Dövlət Turizm Agentliyi xarici jurnalist və blogerlərə Azərbaycanı tanıtmaq üçün demək olar ki, hər ay mütəmadi şəkildə milyonlarla vəsait ayırır.

Dünən, iyun ayının 2-i Agentlik jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satınalınması üçün “VATA” Məhdud Məsuliyyətli Cəmiyyətə 135 min 39 manat 37 qəpik vəsait ayırıb. Cənubi Koreyadan 10, İsraildən isə 20 nəfər olmaqla bu ölkələrdən ümumilikdə 30 nəfərin gətirilməsi nəzərdə tutulub.

Əvvəlki aylardakı təcrübəyə istinadən demək olar ki, bu cür tenderlər iyun ayı boyunca davam edəcək.

 

Məsələn, eyni məqsədlə, Agentlik dövlət satınalmalarının vahid internet portalında bu ilin may ayı ərzində də dörd tender elanı yerləşdirib.

Özbəkistan və Qazaxıstandan 60 nəfər, Çin və Hindistandan 70 nəfər, Rusiya və Belarusdan 52 nəfər, həmçinin Yaponiya və Pakistandan da blogerlərin gətirilməsi üçün ümumilikdə 1.075.939,82 AZN vəsait ayrılıb. Tenderlər hər dəfə müxtəlif şirkətlər, “VEGA TRAVEL MANAGEMENT” MMC və “STİ TRAVEL” MMC vasitəsiylə həyata keçirilir.

Bundan öncə də agentlik dəfələrlə tenderlər keçirərək blogerlərin ölkəyə gəlişini təşkil edib. 2025-ci ilin fevral ayında 4 milyon manat, aprel ayında isə 1.8 milyon manat pul ayrılıb.

Məqsəd, onların ölkə haqqında pozitiv məlumatlar paylaşması, turizm potensialını şəxsən kəşf etməsi və öz izləyiciləri ilə bölüşməsidir. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada Rusiyaya qarşı beş min rusiyalı döyüşür – Şok məlumatlar

redaktor

Əliağa Vahidin qızının sosial vəziyyəti acınacaqlıdır – VİDEO

redaktor

Mərkəzi Nəbatət Bağı bu gündən əhali üçün açıqdır – QİYMƏT

redaktor