24 C
Bakı
23 İyun 2025 10:17
Hadisə

Türkiyədə yenidən zəlzələ oldu: xəsarət alanlar var

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya X sosial şəbəkəsindəki səhifəsində ölkənin cənub bölgəsində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirin sözlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 02:17-də Marmaris kurortu yaxınlığında qeydə alınıb. Mərkəz 67 km dərinlikdə yerləşib. Yerlikaya qeyd edib ki, zəlzələni Muğla və digər vilayətinin sakinləri hiss edib. Yerlikaya əlavə edib ki, nəticədə heç bir ziyan aşkarlanmayıb.

 

Daxili İşlər Nazirliyinin rəhbəri həmçinin əlavə edib ki, 69 nəfər “çaxnaşma içində böyük hündürlükdən tullanaraq” xəsarət alıb, onlardan 46-sı xəstəxanadadır. Bundan əlavə, nazir Fəthiyədə panik atak keçirərək dünyasını dəyişən on dörd yaşlı Əfranur Günlüdən də danışıb.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyə sahilləri yaxınlığında 6,0 bal gücündə yeraltı təkanlar barədə məlumat vermişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna dondurulmuş Rusiya aktivlərindən ilk vəsaiti alıb.

admin

Direktor Rza Rzayevin həbsindən danışdı: “Vətənpərvər adam Ermənistan vətəndaşlığını qəbul etmək istəyi ilə məhkəməni şantaj etməz”

redaktor

Azərbaycanda baş həkimə etiraz edən tibb işçisi intihara cəhd edib – VİDEO

redaktor