25 C
Bakı
11 Avqust 2025 01:45
Cəmiyyət

Mal əti 11 manatdan satılır — Almaq risklidir, yoxsa fürsət?

Ölkədə kiloqramı 11 manatdan başlayan sümüksüz mal əti satılır. Bazarlarda yerli mal ətinin sümüklüsünün qiyməti 16 manata satıldığı halda xaricdən gətirilən ətin daha ucuz təklif olunması keyfiyyəti və dadı ilə bağlı suallar yaradır.

Bəs bu ət nə dərəcədə keyfiyyətlidir?

Ucuz ət deməyib alanlar da var, ucuz ətin şorbası olmaz deyən alıcılar da.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli hesab edir ki, dondurulmuş ət məhsullarının idxalı tənzimləyici faktor rolunu oynayır və yerli ətin bahalaşmasının qarşısını alır. Alıcıların daha çox yeni ətə üstünlük verməsi onu daha keyfiyyətli hesab etməsi bu əti daha baha edir. İdxal isə qiymətləri bazarda tənzimləyir, stabilləşdirir və yeni kəsilmiş ətin daha bahalaşmasının qarşısını alır.

Qida mütəxəssisləri əsasən, Monqolustan, Gürcüstan və Ukraynadan idxal edilən ətin yoxlamalara cəlb olunduğunu və standartlara uyğun gəldiyi tədqirdə satışa çıxarıldığını deyir. Təhlükəsizlik parametrləri üzrə laborator analizlərdə uyğun nəticə əldə edildikdən sonra idxal saxlama vaxtı ilə təmin olunaraq ölkəmizə gətirilir.

Mütəxəssislərin sözlərinə görə, dondurulmuş ət məhsulu havanın temperaturu nəzərə alınaraq evə daha yaxın satış ərazilərindən alınmalıdır ki, ət keyfiyyətini itirməsin.

Tacxeber.com

Oxşar xəbərlər

Evini satıb ehsan verib, kirayədə qalan Hacı Şahinin ailəsindən REPORTAJ – VİDEO

redaktor

Bakıda sürücü daş daşıyıb yolu özü düzəldir – VİDEO

redaktor

Taksidə quş saxlayan sürücüyə dair rəsmi açıqlama

redaktor